Sabah Əli Əliyevin məhkəməsidir - Həbs oluna bilər

Sabah Əli Əliyevin məhkəməsidir - Həbs oluna bilər Sabah Yasamal Rayon Məhkəməsində iki iclas keçiriləcək.
İddiaçılar 2021-ci il noyabrın 30-da qəzaya uğrayan Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus Mi-17 tipli helikopterdə olduğu və qəza nəticəsində yaralandığı bildirilən polkovnik-leytenant Emil Cəfərov və kapitan Ramin Ədilovdur.
Onlar Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsinə uyğun olaraq xüsusi ittiham qaydasında şikayət veriblər.
Bu barədə VİP mətbuat xidməti məlumat yayıb. İddiaçıların şikayət ərizəsində Əli Əliyevin 6 ay müddətinə azadlıqdan məhrum edilməsi istənilib.

Tehsil-press.az


Oxşar xəbərlər