Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin Ələt portunun sabiq rəisi, polis polkovnik-leytenantı Fərhad Məmmədxanova hökm oxunub.
Hakim Samir Əliyevin icraatında olan prosesdə F.Məmmədxanova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Xatırladaq ki, dövlət ittihamçısı çıxış edərək F.Məmmədxanovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
Qeyd edək ki, F.Məmmədxanov Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutulub. Onun barəsində həbs-qətimkan tədbiri seçilib və 1 saylı istintaq Təcridxanasına (Kürdəxanı) göndərilib. Fərhad Məmmədxanov işə düzəltmək adı ilə 185 min manat mənimsəməkdə ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə cinayət işi başlanıb.
DİN-dən verilən açıqlamaya görə, F.Məmmədxanov həbsindən 6 ay əvvəl barəsində aparılmış xidməti yoxlamanın nəticəsinə əsasən, nazir Ramil Usubovun əmri ilə daxili işlər orqanlarında xidmətdən xaric olunub.
Tehsil-press.az