Təhsil Nazirliyi: Şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır

Təhsil Nazirliyi: Şagirdlərin yerdəyişməsi prosesi müvəqqəti dayandırılır Yanvarın 12-si saat 18:00-dan etibarən şagirdlərin elektron yerdəyişməsi portalı (www.sy.edu.az) vasitəsilə sorğuların qəbulu müvəqqəti dayandırılacaq.
Səbəb məktəblərdə siniflərin II yarımil üçün komplektləşdirilməsidir. Portalın fevral ayının ikinci yarısında yenidən aktivləşdirilməsi planlaşdırılır. Buraxılış imtahanlarına görə XI sinif şagirdlərinin yerdəyişməsi tədris ilinin sonunadək aktiv edilməyəcək.

Tehsil-press.az


Oxşar xəbərlər