Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) kontingentinin sülhməramlıları Qazaxıstandan Rusiyaya qayıtmağa başlayıb.
Sülhməramlıların daşınması Rusiyanın İl-76 təyyarələrində həyata keçirilir. Sülhməramlılar daimi dislokasiya yerinə - İvanovo vilayətinə çatdırılacaq. Bu iş üçün 4 təyyarə cəlb olunub.
KTMT-nin qalan sülhməramlıları 10 gün ərzində ölkələrinə qayıdacaqlar.
Ümumilikdə Rusiya, Ermənistan, Belarus, Qırğızıstan və Tacikistandan olan iki mindən çox sülhməramlı Qazaxıstana göndərilib.
Tehsil-press.az