Ermənistanı KTMT-də Paşinyan təmsil edəcək

Ermənistanı KTMT-də Paşinyan təmsil edəcək Ermənistan üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) nizamnaməsinə dəyişiklik təklif edib. Rəsmi Yerevanın təklifinə əsasən Ermənistanın bu blokun ali orqanında baş nazir səviyyəsində təmsil olunması nəzərdə tutulur. Təklif KTMT-nin katibliyinin Qazaxıstanın sədriliyi ilə keçirilən iclasında müzakirəyə çıxarılıb. Bu haqda KTMT-nin saytına istinadən Rusiya KİV-ləri yazır.
Ermənistanın təşəbbüsünə əsasən KTMT-nin yaradılmasına dair 1992-ci il 15 may tarixli müqaviləyə və blokun 2002-ci il oktyabrın 7-də qəbul edilmiş nizamnaməsinə dəyişiklik təklif edilir. Bu dəyişiklik Ermənistanda konstitusiyaya yeni düzəlişlərin qüvvəyə minməsi ilə əsaslandırılır. Təklifə əsasən KTMT-nin kollektiv təhlükəsizlik Şurası tərəfindən baxılan məsələlərə dair qərar qəbul etmək səlahiyyəti baş nazirə keçir.
Bu təklif Ermənistanla KTMT arasında yaşanan ciddi problemlə bir vaxta təsadüf edir. Xəbər verildiyi kimi KTMT-nin Ermənistanın nümayəndəsi qismində KTMT-nin Baş katibi postunu tutan general Yuri Xaçaturov Yerevanda cinayət məsuliyyətinə cəlb olunub və saxlanılıb. Daha sonra Rusiyanın təzyiqləri ilə onu buraxmağa və Moskvaya qayıtmasına icazə verməyə məcbur olublar. Buna baxmayaraq gərginlik qalır və məlumatlara görə Ermənistan KTMT-dəki nümayəndəsinin dəyişdirilməsi prosedurunu başladıb.

Ermənistanı KTMT-də Paşinyan təmsil edəcək

“Voennoe obozreniya” nəşri yazır ki, Ermənistanın KTMT-də baş nazir səviyyəsində təmsil olunmaq barədə təklifi faktiki olaraq Nikol Paşinyanın eyni zamanda blokun baş katibi postuna irəli sürülməsi deməkdir. Çünki hazırda blokun baş katibi postunu Ermənistan nümayəndəsi tutur. “Yəni Ermənistanı KTMT-də etiraz aksiyaları üzərindən baş nazir kürsüsünə gələn həmin Paşinyan tutmalıdır”-Rusiya nəşri təəcüblə yazır.
Ermənistanın təklifi bloka üzv dövlətlər tərəfindən baxılması üçün təqdim olunub. KTMT-nin kollektiv təhlükəsizlik Şurası haqda əsasnaməyə görə bura üz ölkələrin dövlət başçıları daxildir. Blokun ali orqanı olan bu Şuranın iclasında üzv ölkələrin xarici işlər, müdafiə nazirləri, təhlükəsizlik şurasının katibləri də iştirak edə bilər. Hazırda Şurada Ermənistanı faktiki olaraq heç kim təmsil etmir, blokun rəsmi saytında digər üzv dövlətlərin prezidentlər səviyyəsində Şurada təmsil olunduğu göstərilsə də Ermənistanın adının qarşısı boşdur. Ermənistan parlament üsul-idarəçiliyinə keçdiyi üçün bu ölkədə əsas hakimiyyət səlahiyyətləri baş nazirdədir. Və bu səbəbdən Ermənistan baş nazirin Şurada təmsilçiliyi üçün nizamnamənin dəyişdirilməsini təklif edir. Lakin bunun həm də Paşinyanın KTMT-yə baş katib statusunda bilavasitə başçılıq etməsi mənasına gəlməsi nə dərəcədə məntiqlidir, bunu Rusiya nəşri aydınlaşdırmır...
Hər halda aydın olanı budur ki, Ermənistanla KTMT arasında ciddi problem var və bu problemi müzakirə etməyi Qazaxıstan prezidenti Nursultan Nazarbayev Aktauda rusiyalı həmkarı Vladimir Putinlə görüşündə təklif etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər