Ermənistanın sabiq prezidenti kazinoda 100 milyon dollar uduzub?

Ermənistanın sabiq prezidenti kazinoda 100 milyon dollar uduzub? Yerevan məhkəməsi Ermənistan parlamentinin deputatı Xaçatur Sukiasyandan eks-prezident Serj Sarkisyanın kazinoda 100 milyon ABŞ dolları uduzduğunu sübut etməsini gözləyir.
2021-ci il avqustun 25-də parlamentdə çıxış edən “Mülki müqavilə” fraksiyasının üzvü Xaçatur Sukiasyan keçmiş hakimiyyət dövründə korrupsiyanın “çiçəkləndiyi” barədə danışaraq, Baden-Baden qumarxanalarında 100 milyon dolları göyə sovuran eks-prezident Serj Sarkisyanın adını çəkmişdi.
Səsləndirilən məlumatla “şərəf və ləyaqətinin ləkələndiyini” iddia edən sabiq president Serjik Sarkisyan, həmçinin iddia ərizəsində göstərir ki, qarşı tərəf deyilənləri məhkəmədə sübut etməlidir.
Cavabdeh tərəf öz növbəsində şəxsi məlumatların açıqlanması məsələsində təqdim olunan məlumatların reallığa uyğunluğunu və ictimai maraqların şəxsi maraqlardan üstünlüyünü sübuta yetirməlidir.
Yanvarın 17-də keçirilən məhkəmə iclasında iş üzrə sübutlar bazasına baxış zamanı tərəflər öz mövqelərini təqdim ediblər. İclas martın 18-də davam etdiriləcək.
Sukiasyanın dəlilləri yetərli olmayacağı təqdirdə, o, yeddi iş günü ərzində və ya parlamentin növbəti iclasında Serjik Sarkisyanla bağlı dediklərini təkzib etməlidir. Bundan əlavə, onun təkziblə bağlı açıqlaması ən azı 1000 nüsxə tirajla kütləvi informasiya vasitələrində, eyni zamanda, parlamentin əməkdaşları tərəfindən rəsmi internet saytında dərc edilməlidir. Biznesmen və deputat sübut təqdim etməzsə, böhtana görə təzminat kimi 1 milyon dram (təxminən 2000 dollar) ödəməli olacaq.

Tehsil-press.az

Oxşar xəbərlər