Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əmlakına həbs qoyulub.
Bu barədə “RİA Novosti”yə Ermənistanın Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib. Daha əvvəl XİX Sarkisyana qarşı dövlət əmlakını mənimsəyərək 1 milyon dollardan çox vəsaiti oğurlamaqda ittiham etmişdi. Keçmiş prezident isə işi siyasi təqib hesab edərək ittihamları qəbul etməmişdi.
“Sarkisyanla yanaşı, “Fleş” şirkətinin rəhbəri Barseq Beqlaryanın da əmlakı müsadirə olunub”, - deyə Ohancanyan bildirib.
İstintaq materiallarına əsasən, kəndlilərə müvafiq qiymətlə dizel yanacağı satılması ilə bağlı dövlət proqramı çərçivəsində qanun pozuntusuna yol verilib. Belə ki, Sarkisyan tabeliyində olanlara tədarükçü kimi “Fleş” dizel yanacağı şirkətini seçməyi tapşırmaqda günahlandırılır. Halbuki, digər şirkət – “Masxur” yanacağın tədarükünü daha aşağı qiymətlə həyata keçirməyi təklif edirmiş. Müstəntiqlər bununla da Sarkisyanın daha çox gəlir əldə etməyə çalışdığını hesab edirlər.
Tehsil-press.az