Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya

Sabiq prezident 15 il müddətinə həbs edilir - Korrupsiya Cənubi Koreyanın sabiq prezidenti Li Mön Bak 15 il müddətinə azadlıqdan məhrum edilib. Keçmiş prezident korrupsiyada ittiham olunur.
Bundan başqa, Li Mön Bak 11,5 milyon dollar dəyərində cərimə ödəməyə məcbur edilib.
Qeyd olunur ki, sabiq prezident “Samsung” şirkətindən 6 milyon dollara yaxın rüşvət almaqda ittiham olunub. Li Mön Bak həmçinin ehtiyat hissələri istehsal edən şirkətin 22 milyon dollar vəsaitini mənimsəməkdə təqsirli bilinib.

Tehsil-press.az

Oxşar xəbərlər