Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsindən uğurla keçərək fəaliyyətə başlayan şəxslər üçün təlimlər keçirilir.
“Məktəb rəhbərlərinin peşəkar inkişafı” adlı təlimlərin təşkil olunmasının əsas məqsədi məktəb idarəetməsində müasir yanaşmalar, hesabatlılıq və monitorinq, elektron idarəetmə, kargüzarlığın təşkili, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin yaradılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə çatdırılması və vahid informasiya mübadiləsinin təmin olunması ilə bağlı müvafiq yanaşmaların formalaşdırılmasından ibarətdir.
Təlimlərdə BŞTİ-nin Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə, İctimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, idarənin əməkdaşları Solmaz Ələkbərova, Xədicə Məmmədova, Təlimə dəstək mərkəzinin metodistləri Çinarə Cəbrayılova, İlahə Həmidova, Səkinə Hüseynova, Könül Təhməzova təqdimatlarla çıxış ediblər.
Daha sonra müvafiq mövzular ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallara aydınlıq gətirilib.
BŞTİ-nin Təlimə dəstək mərkəzi tərəfindən təşkil olunan təlimlər müvafiq istiqamətlər üzrə davam etdirilir.
Tehsil-press.az