Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keçirilən “Məktəb seminarları”nın növbəti sessiyaları Nəsimi rayonunun ümumtəhsil müəssisələrini əhatə edib.
Layihənin məktəb direktorları üçün keçirilən sessiyasında çıxış edən BŞTİ-nin müdiri Rəşad Tağıyev ümumtəhsil müəssisələrinin idarə edilməsi işinin təkmilləşdirilməsi, məktəblərin ictimai nüfuzunun daha da artırılması, tədrisin təşkili, layihələrin icrası, buraxılış imtahanlarının yeni qaydalar çərçivəsində təşkili məsələlərindən danışıb.
İdarə müdiri, həmçinin “Ümumi təhsildə keyfiyyət ili” ilə əlaqədar həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən bəhs edib.
Qruplar şəklində ayrı-ayrılıqda təşkil olunan sessiyalarda məktəblərin keyfiyyət göstəriciləri, istedadlı şagirdlərlə iş, şagird nailiyyətlərinin qiymətləndirilməsi, keyfiyyətə nəzarət, məktəbdənkənar fəaliyyətin düzgün planlaşdırılması, ictimaiyyətlə əlaqə işinin səmərəliliyinin artırılması, şagirdlərlə psixoloji xidmətin təşkili və digər müvafiq mövzularda çıxışlar dinlənilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Ümumtəhsil müəssisələrində məktəbdaxili metodiki işə nəzarət, təlim-tərbiyə prosesinin təşkili, məktəblilərin hərtərəfli vətəndaş kimi formalaşdırılması məsələləri də müzakirə olunub.
Həmçinin “Məktəb seminarları” layihəsi çərçivəsində idarənin ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşları tərəfindən məktəb saytlarını idarə edən şəxslər üçün saytların daha da təkmilləşdirilməsi və fəaliyyətinin səmərəliliyinin artırılması, təhsil müəssisələrinin həyatındakı yeniliklərin ictimaiyyətə daha operativ çatdırılmasının təmin olunması ilə bağlı təlimlər keçirilib.
Sessiyalarda qeyd olunan məsələlərlə bağlı təklif və tövsiyələr səsləndirilib. Müvafiq məsələlər ətrafında müzakirələr aparılıb.
“Məktəb seminarları”nın keçirilməsinin əsas məqsədi ümumi təhsil sahəsində müasir dövrün çağırışlarına əsaslanmaqla inkişafı şərtləndirən keyfiyyət dəyişikliklərinə nail olmaq, təhsildə keyfiyyətin daha dayanıqlı olmasını təmin etmək, bu prosesdə BŞTİ-nin və tabeliyindəki ümumtəhsil məktəblərinin pedaqoji kollektivlərinin imkanlarını səfərbər etməkdən ibarətdir.

BŞTİ-nin Mətbuat Xidməti