Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin psixoloqları ilə onlayn görüş keçirilib.
Görüşdə BŞTİ-nin müdiri Mehriban Vəliyeva ümumi təhsil müəssisələrində şagirdlərin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, tərbiyə işinin, məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi, məktəblərdə psixoloji xidmət və sağlam psixoloji mühitin rolu barədə məlumat verib. O, məktəb psixoloqlarının fəaliyyət göstərdiyi təhsil müəssisələrində şagirdlərə lazımi psixoloji dəstək göstərmələrinin vacibliyini vurğulayıb.
M.Vəliyeva nə qədər az təsadüf olunsa da risk qrupuna daxil olan uşaqlarla bağlı məsələlərin gündəmə gətirilməsi və bu istiqamətdə qabaqlayıcı tədbirlər görülməsi barədə tövsiyələr verib.
Təlimə Dəstək Mərkəzinin psixoloqu Səidə Əhmədova “Yaş dövrü və aparıcı fəaliyyət növü” mövzusunda təqdimatla çıxış edib. Həmçinin o, psixoloqlara uşaqların təlim-tərbiyəsi problemləri və psixoloji xidmət sahəsində yaranan yeniliklərlə bağlı məktəb rəhbərliyi, müəllim və valideynlərlə qarşılıqlı əməkdaşlıq etmək və profilaktik psixoloji tədbirlər təşkil etmək barədə məsləhət verib.
Görüşdə məktəb psixoloqlarını düşündürən məsələlər haqqında danışılıb və qarşılıqlı müzakirələr aparılıb.
Tehsil-press.az