“Vaşinqton Ukraynadan öz məqsədlərinə çatmaq üçün istifadə edir. ABŞ Rusiyanı hərbi əməliyyatlara cəlb etməyə çalışır”.
Bunu Rusiya Prezidenti Vladimir Putin Macarıstanın Baş naziri Viktor Orban ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib. Putin bildirib:
“Bizə deyirlər ki, bəli, hər bir ölkənin öz təhlükəsizlik sistemini seçmək hüququ var. Biz bununla razıyıq. Amma mənə elə gəlir ki, Birləşmiş Ştatlar Ukraynanın təhlükəsizliyindən o qədər də narahat deyil - baxmayaraq ki, onlar bu barədə düşünürlər, amma haradasa arxa plandadır. Onların əsas vəzifəsi Rusiyanın inkişafını cilovlamaqdır. Məsələ budur. Bu mənada Ukraynanın özü sadəcə olaraq bu məqsədə çatmaq üçün bir vasitədir. Bu müxtəlif yollarla edilə bilər. Bizi hansısa silahlı qarşıdurmaya cəlb etməklə…
ABŞ Avropa ölkələrini Moskvaya qarşı irimiqyaslı sanksiyaları tətbiq etməyə məcbur etməyə çalışır. Onlar Ukraynanı NATO-ya cəlb etmək və bəzi banderalıları Donbass və ya Krım məsələsini həll etməyə həvəsləndirərək silahlı münaqişə başlatmaq istəyirlər”.
Tehsil-press.az