“Əfqanıstandakı qarşıdurmaya müdaxilə etməyəcəyik” - Putin

“Əfqanıstandakı qarşıdurmaya müdaxilə etməyəcəyik” - Putin “Əfqanıstandakı vəziyyəti diqqətlə izləyirik, ancaq silahlı qarşıdurmaya müdaxilə etməyəcəyik”.
Bunu Rusiya Prezidenti Vladimir Putin “Vahid Rusiya” partiyasının qurultayında çıxışı zamanı deyib.
“Bu gün Əfqanıstanda nə qədər çətin, narahatedici bir vəziyyətin ortaya çıxdığını bilirsiniz. Vəziyyəti yaxından izləyirik.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərimizlə aktiv əlaqədəyik. Təbii ki, Əfqanıstanın daxili işlərinə qarışmayacağıq. Silahlı qüvvələrimizi “hər kəsin hər kəsə qarşı olduğu” qarşıdurmaya daxil etməyəcəyik”, - Putin bildirib.
O qeyd edib ki, terror təşkilatları qonşu ölkələrdə gərginliyi artırmaq üçün Qərb ölkələrinin geridə qoyduğu xaosdan istifadə edə bilərlər:
“Bu, Rusiya və müttəfiqlərinə qarşı birbaşa təhdiddir, narkotik nəqlinin artması və qanunsuz köç probleminin artması mənasına gəlir”.
Dövlət başçısının sözlərinə görə, Rusiya hökuməti, Xarici İşlər Nazirliyi, eləcə də, təhlükəsizlik qüvvələri ölkə və vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün çalışmaları artırmalıdırlar.

Tehsil-press.az


Oxşar xəbərlər