2021-2022-ci ilin payız semestri üzrə təhsil tələbə krediti almaq üçün müraciətlərin qəbulu fevralın 15-də yekunlaşacaq.
Təhsil krediti üçün müraciət etmək istəyən tələbənin yaşı 18-dən aşağı olduqda valideynləri və ya himayəçisi ilə bir yerdə, yaşı 18-dən yuxarı olduqda isə özü notarial xidmətə yaxınlaşaraq bir sıra razılıqları ərizəsi ilə təsdiq etməlidir. Daha sonra tələbə kredit almaq hüququnun müəyyənləşdirilməsi üçün e-ttkf.edu.az portalına daxil olur. Portala giriş identifikasiya nömrəsi, “ASAN İmza” və “E-imza” ilə mümkündür. Tələbənin kredit almaq hüququ elektron qaydada müəyyən edilir və kredit müvəkkil bank tərəfindən verilir. Bunun üçün kredit almaq hüququ olan tələbənin müraciət zamanı qeyd etdiyi smart telefon nömrəsinə bank tərəfindən SMS vasitəsilə müvafiq link və birdəfəlik şifrə (OTP) göndərilir. Tələbə linkə keçid etdikdən sonra müvafiq OTP şifrəni daxil edir. Bu zaman müvəkkil bankın üztanıma sistemi işə düşür və bu sistem vasitəsilə müştəri eyniləşdirilir. Müvafiq məlumatlar tələbə tərəfindən sistemdə təsdiq edildikdən sonra kredit müqaviləsi və kreditin sığorta müqaviləsi rəsmiləşdirilir, təhsil haqqı təhsil müəssisəsinə köçürülür.
Tələbə kreditin verilməsi ilə bağlı hər bir status dəyişikliyi barədə məlumatı SMS vasitəsilə izləyə bilir.
Təhsil tələbə kreditinin ayrılmasında məqsəd təhsilin hamı, xüsusilə də əhalinin aztəminatlı təbəqələrindən olan şəxslər üçün əlçatanlığının təmin edilməsi, təhsildə bərabər imkanların yaradılması və təhsilin əhatə dairəsinin genişləndirilməsidir.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən 44 ali təhsil müəssisəsinin tələbələri təhsil tələbə krediti üçün müraciət edə bilərlər. Bu ali məktəblərin 20-si Təhsil Nazirliyinin, 11-i digər dövlət qurumlarının tabeliyindədir. 11 ali təhsil müəssisəsi özəldir, 2-si isə Rusiya Federasiyasının təhsil müəssisələrinin Bakı filialıdır. Eyni zamanda, 55 orta ixtisas təhsili müəssisəsinin tələbələri təhsil krediti üçün müraciət edə bilərlər. Bu orta ixtisas məktəblərindən 35-i Təhsil Nazirliyinin, 2-si Naxçıvan MR Təhsil Nazirliyinin, 14-ü digər dövlət qurumlarının tabeliyindədir, 4 orta ixtisas təhsili müəssisəsi isə özəldir. Qeyd olunan təhsil müəssisələrində 266 mindən çox tələbə təhsil alır. Onlardan 246 min 162 nəfəri əyani oxuyur. Əyani təhsil alan tələbələrin 146 min 373 nəfəri ödənişli təhsil alır. Ödənişli təhsil alan 20 min 200 tələbənin təhsil haqqını dövlət ödəyir. Məcburi köçkün statusu olan, valideynini itirmiş və valideyn himayəsindən məhrum olan tələbələrin, Azərbaycanın suverenliyi, ərazi bütövlü uğrunda həlak olmuş və əlil olmuş şəxslərin uşaqlarının, əlil tələbələrin təhsil haqqı dövlət hesabına qarşılanır. Onların təhsil tələbə krediti almaq üçün müraciət etmələrinə ehtiyac yoxdur. 126 min 173 tələbə təhsil haqqını özü ödəyir. Bu tələbələrin 28 min 674-nün akademik borcu var, 41 min 291 tələbənin ümumi orta müvəffəqiyyət göstəricisi 71 baldan aşağıdır. Ona görə də onlar təhsil tələbə krediti üçün müraciət edə bilməzlər. Ümumilikdə götürdükdə ödənişli təhsil alan 56 min 208 tələbənin təhsil tələbə krediti almaq hüququ var.
Tehsil-press.az