Müəllimlərin işə qəbulu və yerdəyişməsi qaydalarında tətbiq edilən yeniliklərlə bağlı onlayn brifinq keçirilib.
Brifinqdə iştirak edən Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov qaydalarda edilən dəyişikliklər barədə media nümayəndələrinə məlumat verib. Bildirib ki, növbəti tədris ili üzrə keçiriləcək işə qəbul müsabiqəsinin test imtahanı mərhələsində imtahan vaxtı 90 dəqiqədən 120 dəqiqəyə qədər artırılır. Bu mərhələdə 100 ballıq qiymətləndirmə tətbiq ediləcək. Sualların sayı ötən illərdə olduğu kimi 60 olmaqla, ixtisas üzrə 40 sualın hər biri 2 balla, tədris metodikası və təlim strategiyaları üzrə 20 sualın hər biri isə 1 balla dəyərləndiriləcək. 4 səhv cavaba görə 1 düzgün cavab silinəcək.
Eşqi Bağırov qeyd edib ki, vakant yer seçmək imkanı əvvəlcə müəllimlərin işə qəbulu üzrə müsabiqənin minimum tələbini ödəyən şəhid ailəsi üzvlərinə veriləcək.
Müəllimlərin iş yerinin dəyişdirilməsi ilə bağlı yeniliklərə də toxunan şöbə müdiri deyib ki, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə yerdəyişmə yalnız müəllimlərin işə qəbulu müsabiqəsi vasitəsilə həyata keçiriləcək.
Tehsil-press.az