Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb

Təhsil naziri: Müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb Son 3 ildə 27 min 197 nəfər müəllimlərin işə qəbulu müsabiqəsi nəticəsində işlə təmin olunub.
Bunu təhsil naziri Emin Əmrullayev 2021-2022-ci tədris ili üzrə keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandırarkən deyib. O bildirib ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulunda 7718 vakant yer müsabiqəyə çıxarılıb.
Xatırladaq ki, 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə iyulun 5-də start verilib . İmtahanlar avqustun 4-də yekunlaşıb. Avqustun 3-dən etibarən Azərbaycan dili, alman dili, fizika, fiziki tərbiyə, fransız dili, kimya, informatika, riyaziyyat, rus dili və ədəbiyyatı, texnologiya və təsviri incəsənət fənləri üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsində iştirak edən namizədlər üçün vakansiya seçimi mərhələsinə start verilib. Vakansiya seçimi prosesi avqustun 6-sı saat 10:59-dək davam edəcək.

Tehsil-press.az


Oxşar xəbərlər