Avropa İttifaqının ayrı-ayrı üzv dövlətləri Ukraynanı döyüş təyyarələri ilə təmin edəcək.
Bu barədə Avropa Komissiyasının vitse-prezidenti, Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Aİ Şurasının videokonfrans formatında üzv dövlətlərin xarici işlər nazirləri səviyyəsində iclasından sonra deyib.
"Və təbii ki, biz silahlar, döyüş təyyarələri təqdim edəcəyik. Hətta döyüş təyyarələri də təqdim edəcəyik. Biz təkcə döyüş sursatı haqqında danışmırıq. Biz müharibəyə göndərmək üçün daha vacib silahlar veririk", - deyə J.Borrel qeyd edib.
Aİ-nin ali nümayəndəsinin sözlərinə görə, Ukraynanın xarici işlər naziri Dmitri Kuleba Avropa İttifaqından Ukraynanın qırıcılara və döyüş təyyarələrinə ehtiyacı olduğunu bildirib:
"Söhbət hansı tip təyyarələrdən getdiyini bilirik və bəzi üzv ölkələrdə belə təyyarələr var".
Tehsil-press.az