Tehran razılaşmasına ZƏRBƏ: Rus təyyarələri şəhəri bombalayır

Tehran razılaşmasına ZƏRBƏ: Rus təyyarələri şəhəri bombalayır Bəşər Əsəd rejimi və Rusiyaya aid döyüş təyyarələri bu gün Suriya müxalifətinin nəzarətindəki İdlib şəhərinə yenidən hücuma keçib.
Əsəd rejimi “çəllək bombası” (kustar üsulla düzəldilmiş bombalar: içinə partlayıcı maddələrin yığıldığı çəllək) və top atəşi ilə İdlibin cənubu və Hamanın şimalındakı Huveyn, Latamne, Serce və Han Şeyhun bölgələrini bombalamağa başlayıb.
Rusiya və Əsəd rejiminə bağlı döyüş təyyarələrinin hücum etdiyi İdlibin cənubundakı Abdin qəsəbəsində ən azı 5 mülki vətəndaş həyatını itirib, 10 nəfər yaralanıb.
Yerli mənbələr hazırda hücumların davam etdiyini bildirirlər.
Maraqlıdır ki, dünən Tehranda keçirilən Türkiyə, Rusiya və İran liderlərinin zirvə görüşündə Ərdoğan İdlibdə mülki vətəndaşları qorumaq üçün atəşkəs təklifi irəli sürmüşdü. Rusiya prezidenti Vladimir Putin də Ərdoğanın bu təklifini dəstəkləmişdi. Lakin zirvə toplantısından bir gün sonra Rusiya təyyarələrinin Əsəd rejimi ilə birlikdə İdlibə hücuma keçməsi proseslərin pərdəarxasında qaranlıq məsələlərdən xəbər verir.

Tehsil-press.az

Oxşar xəbərlər