Vyetnamda gəmi qəzası nəticəsində azı 13 nəfər ölüb

Vyetnamda gəmi qəzası nəticəsində azı 13 nəfər ölüb Vyetnamın Hoyan şəhərinin sahil sularında səyahət gəmisinin batması nəticəsində ən azı 13 nəfər ölüb, 4 nəfər itkin düşüb.
Günorta saatlarında baş verən qəza vaxtı gəminin göyərtəsində heyət üzvlərindən başqa 36 turist olub. Qəzadan sonra dərhal hadisə yerinə xilasedici qüvvələr cəlb olunub. İndiyədək 13 nəfərin meyiti tapılıb.
İtkin düşənlərin axtarışları davam edir.

Tehsil-press.az


Oxşar xəbərlər