Azərbaycan Dillər Universitetində (ADU) 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir keçirilib.
Universitetin rektoru akademik Kamal Abdulla xanımları bayram münasibətilə təbrik edərək onlara uzun ömür və cansağlığı arzulayıb. Rektor bildirib ki, 8 Mart şüurlarda qadına olan hörmətin ifadəsi kimi yaşayır: “8 Mart yaddaşlarda sevgiliyə, anaya, övlada, bacıya münasibətin gözəl ifadəsi kimi qalıb. Azərbaycan qadını deyəndə yadımıza ulularımız düşür. Azərbaycan qadını deyəndə yadımıza həyatını, varlığını millətin inkişafı yolunda sərf edən anamız, bacımız, qızlarımız düşür. Sizi həm də ona görə təbrik edirik ki, sizin qarşınızdakı borcumuzu yerinə yetirmiş sayılırıq. Prezidentimizin rəhbərliyi altında şanlı Qarabağ savaşını şərəflə başa vurmuşuq. “Qarabağ bizimdir!” sözlərini artıq reallıq kimi ürəkdən deyən insanlarıq”.
Rektor əlavə edib ki, yetişməkdə olan gənc nəsil Prezident İlham Əliyevin bu yoldakı rəşadətini, cəsarətini anlayır, alqışlayır və yaşadır.
Tədbir bədii hissə ildə davam edib. Tələbələr ana haqqında müxtəlif dillərdə şeirlər söyləyib, musiqilər səsləndiriblər.
Sonda universitetin “Dalğa” rəqs qrupu bir-birindən maraqlı rəqslər nümayiş etdirib.
Tehsil-press.az