Martın 7-də Sumqayıt Dövlət Universitetində 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bayram tədbiri keçirildi.
Tədbiri giriş sözü ilə açan universitetin Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor dosent Natiq Talıbov tədbirdə iştirak edən bütün xanımları bayram münasibəti ilə səmimi qəlbdən təbrik etdi, onlara qadın xoşbəxtliyi, ailə səadəti və gələcək işlərində uğurlar arzuladı.Bildirdi ki, ölkəmizdə dövlət qadın siyasətinin əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu öndər Heydər Əliyev qadınların xidmətlərini - gənc nəslin sağlam, vətənpərvərlik ruhunda böyüməsində sərf etdikləri əməyi hər zaman yüksək qiymətləndirərək, onlara daim böyük diqqət və qayğı göstərmişdir. Ulu öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi. Bu gün həmin siyasətin Prezident cənab İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilməsi isə Azərbaycan qadınlarının məsuliyyətini daha da artırır. Ölkəmizdə mühüm nailiyyətlərin əldə edilməsində qadınların böyük əməyi var. Onlar üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və cəmiyyətdə fəal mövqe tutmaları yüksək qiymətləndirilir. Bu gün Azərbaycan qadınının ölkəmizi beynəlxalq müstəvidə layiqincə təmsil etdiyini bildirən prorektor vurğuladı ki, bunu Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətində aydın şəkildə görürük. Mehriban xanım Əliyeva bütün dünyaya sübüt edir ki, Azərbaycan qadını gözəl ana olmaqla bərabər, həm də fəal ictimai xadim ola bilər. Bu səbəbdən də respublikamızın bir çox sahələrində çalışanların böyük bir hissəsini qadınlar təşkil edir.
Sonra prorektor universitetin ictimai həyatında öz fəallığı ilə fərqlənən xanımları fəxri fərman və dəyərli hədiyyələr ilə mükafatlandırdı.
Təltif olunan xanım əməkdaşlar ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və universitetin rektoru professor Elxan Hüseynova dərin minnətdarlıqlarını ifadə etdilər.
Tədbir respublikamızın tanınmış mədəniyyət və incəsənət nümayəndələrinin və universitetin “Səma” rəqs qrupunun ifalarında maraqlı konsert proqramı ilə davam etdi.
SDU-nun Mətbuat Xidməti