Fevralın 28-dən bu günədək “Uzbekistan Airways” aviaşirkəti 16 xüsusi reyslə Polşanın Katovitse şəhərindən Ukraynadan çıxarılan 3 min 685 Özbəkistan vətəndaşını Daşkəndə gətirib.Hazırda Katovitse hava limanında Özbəkistana gəlmək istəyən 850 vətəndaş öz növbəsini gözləyir.
Məlumatda bildirilir ki, ötən gecə Polşadan 440 Özbəkistan vətəndaşı Daşkəndə gətirilib. Onların 88-i qadın, 59-u uşaq, 20-si isə südəmər körpədir.
Tehsil-press.az













