Azərbaycan Texniki Universitetində məşhur idmançılarımızla görüş keçirilib

Azərbaycan Texniki Universitetində məşhur idmançılarımızla görüş keçirilib Dekabrın 19-da Azərbaycan Texniki Universitetində (AzTU) ölkəmizin dünyada tanıdan məşhur idmançılarla görüş keçirilib.
Görüşdə AzTU-nun rektor əvəzi Xalıq Yahudov idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları qələbələrlə hər bir azərbaycanlının fəxr etdiyini söyləyib. O, Prezident İlham Əliyevin göstərişi ilə universitetin idman sarayının yenidən təmir olunduğunu qeyd edib. Diqqətə çatdırıb ki, AzTU-nun idmançı tələbələri hər zaman yarışlarda bayrağımızı yüksəklərə qaldırıb, ölkəmizi layiqincə təmsil ediblər.
Sonra idmançılar AzTU-nun Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini, ali məktəbə səfərini əks etdirən fotostendlərlərə tanış olublar.
Tələbələrlə görüşdə paralimpiya oyunları üzrə ikiqat dünya çempionu İlham Zəkiyev, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Cu-çitso Federasiyasının vitse-prezidenti Seymur Səfərov, dünya və Avropa çempionu Rəsul Çunayev, üçqat dünya çempionu Hacı Əliyev, dünya və Avropa çempionu, birinci Avropa Oyunları çempionu Cəbrayıl Həsənov, ikiqat Azərbaycan çempionu Kamran Şahsuvarlı qazandıqları uğurlardan danışıblar.
AzTU-nun prorektoru İsa Xəlilov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından, idmançılarımızın nailiyyətlərindən söz açıb, Azərbaycanın dünyada artıq idman ölkəsi kimi tanındığını bildirib. Qeyd edib ki, Azərbaycanın fəxri olan idmançılarımız beynəlxalq idman yarışlarında, mötəbər kürsülərdə bayrağımızı dəfələrlə yüksəklərə qaldırıblar.

Kəmalə Rəhimli


 Azərbaycan Texniki Universitetində məşhur idmançılarımızla görüş keçirilib Azərbaycan Texniki Universitetində məşhur idmançılarımızla görüş keçirilib Azərbaycan Texniki Universitetində məşhur idmançılarımızla görüş keçirilib

Oxşar xəbərlər