İtaliyada indiyədək koronavirus əleyhinə 136 milyon dozadan çox vaksin tətbiq olunub

İtaliyada indiyədək koronavirus əleyhinə 136 milyon dozadan çox vaksin tətbiq olunub Bu vaxtadək İtaliyada COVID-19 infeksiyası əleyhinə 136 milyon dozadan çox peyvənd tətbiq edilib.
2020-ci il dekabrın 27-dən etibarən həyata keçirilən vaksinasiya kampaniyası çərçivəsində indiyədək ölkədə 136 milyon 6 min 424 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 353 min 932 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,38 faizdir), peyvəndlərini tamamlayanların sayı 48 milyon 528 min 18 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 89,85 faizdir).
Keçən il sentyabrın 20-dən bu vaxtadək isə ümumilikdə 43 milyon 945 min 701 doza əlavə peyvənd tətbiq olunub.

Tehsil-press.az


Oxşar xəbərlər