Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 51 641 vaksin vurulub.
Bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3 244, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 2 190, üç və daha çox doza vaksinlərin sayı 43 231, pozitiv nəticədən sonra "buster" doza vaksinlərin sayı 2 976 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 12 679 011, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 277 215, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 770 489, üç və daha çox doza vaksinlərin sayı 2 443 823, pozitiv nəticədən sonra "buster" doza vaksinasiya olunanların sayı isə 187 484 nəfər təşkil edir.

Tehsil-press.az


Oxşar xəbərlər