Finlandiya Rusiya incəsənət əşyalarının həbs olunduğunu təsdiqləyib

Finlandiya Rusiya incəsənət əşyalarının həbs olunduğunu təsdiqləyib Finlandiya gömrük orqanları sanksiya siyahılarına daxil edilmiş Rusiyaya aid incəsənət əşyalarının üzərinə həbs qoyulduğunu təsdiqləyib.
Bu barədə gömrüyün rəsmi nümayəndəsi Sami Rakşit mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, saxlanılan incəsənət əsərlərinin ümumi dəyəri 42 milyon avrodan çoxdur.
“İstirahət günləri üç yükdən ibarət incəsənət əşyaları həbs olunub. Birinci yükün 10 milyon avro, ikincinin 26 milyon avro, üçüncü yükün isə 6 milyon avrodan çox qiyməti olduğu bəyan edilmişdi... incəsənət əsərləri ixrac sanksiyaları siyahısına daxildir”, - deyə Rakşit bildirib.
Gömrük orqanları işlə bağlı təhqiqata başlayıblar.
İncəsənət əşyaları hazırda Finlandiyadadır, təhlükəsizlik məqsədilə onların dəqiq yeri göstərilmir. Rusiya Mədəniyyət Nazirliyinin bazar ertəsi günü yaydığı məlumata görə, həmin əşyalar İtaliyada iki sərgi layihəsinin hissələridir.

Tehsil-press.az


Oxşar xəbərlər