Avropa Parlamenti Avropa İttifaqı (Aİ) ilə ABŞ arasında dəniz ilbizləri və büllur əşyalar kimi məhdud sayda məhsulların gömrük vergilərində güzəştlərin tətbiqi ilə bağlı sazişi təsdiqləyib.
Sazişə əsasən, ABŞ-dan Aİ ölkələrinə idxal edilən canlı və dondurulmuş dəniz ilbizləri üçün tutulan gömrük vergisi 5 il müddətində ləğv olunacaq.
ABŞ isə Aİ-dən idxal olunan hazır yeməklər, büllur şüşə əşyalar və alışqan kimi məhsullara tətbiq edilən gömrük vergisinin dərəcəsini aşağı salacaq.
İllik təxminən 168 milyon avro dəyərində məhsulları əhatə edəcək bu saziş rəmzi məna daşıyır.
Bu addımın atılması Aİ ilə ABŞ arasında 20 ildən çox vaxt ərzində gömrük vergisinin dərəcəsinin azaldılması sahəsində ilk təşəbbüs kimi diqqəti cəlb edir.
Tehsil-press.az