Rəssamlıq Akademiyası fəal və əlaçı əcnəbi tələbələr üçün təqaüd proqramı təsis edib

Rəssamlıq Akademiyası fəal və əlaçı əcnəbi tələbələr üçün təqaüd proqramı təsis edib Əcnəbi tələbələrin Azərbaycan Dövlət Rəssamlıq Akademiyasına (ADRA) marağını artırmaq məqsədilə təhsil müəssisəsində fəal və əlaçı əcnəbi tələbələrə təqaüd proqramı təsis edilib.
Proqram 2021-2022-ci tədris ilinin yaz semestrindən etibarən bir il ərzində həyata keçiriləcək. Ümumi orta müvəffəqiyyət göstəricisinə əsasən rektorluq tərəfindən seçilən Koreya Respublikası vətəndaşı Cho Mi Hyuna, Gürcüstan vətəndaşı Sahil Nuriyevə, Türkiyə Respublikası vətəndaşı Seçkin Əhmədə bir il ərzində 130 AZN məbləğində aylıq təqaüd ödəniləcək. Seçilən tələbələr yaz semestrində yaxşı nəticə göstərsələr, 2022-2023-cü tədris ilinin payız semestrində də hər ay təqaüdlə təmin olunacaqlar.

Tehsil-press.az


Oxşar xəbərlər