2020/2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının nəticələrinə əsasən Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bakalavr və magistratura pillələrində təhsil alan tələbələrin 83,91 faizi təqaüd alır ki, bu da tələbələrin tədris prosesində yüksək bilik nümayiş etdirməsinin göstəricisidir.
Universitet üzrə bütün tələbələrin 48 faizi əlaçı və zərbəçi təqaüdü alır. Magistratura pilləsi üzrə əlaçı və zərbəçi təqaüdü alan tələbələr magistrantların 88,3 faizini təşkil edir. Bakalavr və magistratura pillələrində təhsil alan və təqaüd qazanan bütün tələbələrin 21 faizi ödənişli əsaslarla təhsil alan tələbələrdir.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2016-cı ildən başlayaraq ödənişli əsaslarla təhsil alan tələbələrə də ümumi orta müvəffəqiyyət göstəricisi nəzərə alınmaqla, fənlər üzrə akademik nailiyyətlərinə görə təqaüdün verilməsi tələbələr arasında rəqabət mühitinin daha da inkişafına gətirib çıxarıb.
Tehsil-press.az