Volodimir Zelenski: Hindistan və Çin Ukraynanın təhlükəsizlik qarantı ola bilər

Volodimir Zelenski: Hindistan və Çin Ukraynanın təhlükəsizlik qarantı ola bilər Ukrayna Prezidenti Volodimir Zelenski Hindistan və Çinin Ukraynaya təhlükəsizlik zəmanəti verən ölkələrin sırasına daxil ola biləcəyini deyib.
Ukrayna prezidenti bu fikri Hindistanın Republic TV telekanalına müsahibəsində söyləyib.
“İndi biz təhlükəsizlik zəmanətində maraqlıyıq. Çinə təhlükəsizliyin təminatçısı olmağı təklif edirik. Bu təklif Türkiyə üçün də keçərlidir. Düşünürəm ki, əgər təhlükəsizlik zəmanəti verən ölkələrin siyahısına qoşulmaq istəsə, biz Hindistanı da dəvət etməkdən məmnun olarıq. Hindistan dünyanın qüdrətli ölkələrindən biridir”, - deyə Volodimir Zelenski bildirib.
O, həmçinin Rusiya Prezidenti Vladimir Putinlə görüşərək istənilən mövzunu müzakirə etməyə hazır olduğunu bir daha vurğulayıb.
Bir müddət öncə Volodimir Zelenski təhlükəsizlik qarantı kimi görmək istədikləri ölkələr arasında Türkiyə, ABŞ, Böyük Britaniya, Polşa, Almaniya, Fransa və İsrailin adını çəkib.

Tehsil-press.az


Oxşar xəbərlər