Zelenski təhlükəsizliyə zamin ölkələr arasında Çini də görmək istəyir

Zelenski təhlükəsizliyə zamin ölkələr arasında Çini də görmək istəyir Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizliyə qarant ölkələr arasında NATO üzvlərindən başqa, bloklara qoşulmayan dövlətləri, o cümlədən Çini görmək istəyir.
Bu barədə Volodimir Zelenski Fox News telekanalına müsahibəsində bildirib.
“Bunu istəyən digər ölkələrin də ABŞ, Böyük Britaniya, Almaniya, Fransa və Türkiyəyə qoşulmasını istərdik”, - deyə Ukrayna prezidenti bildirib. Onun sözlərinə görə, sadalanan ölkələr Ukrayna üçün təhlükəsizlik qarantı olmağa razılıq veriblər.
Volodimir Zelenski aparıcının Çinin Rusiyaya yardımına aid sualına cavab olaraq deyib: “Çini bizim tərəfimizdə görmək istərdim. Lakin seçim onlarındır".
Bu ərəfədə ÇXR sədri Si Cinpin Avropa İttifaqı Şurasının sədri Şarl Mişel və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə videogörüşü zamanı Aİ-ni ikitərəfli münasibətlərdə və qlobal məsələlərdə Çin ilə əməkdaşlığı aktivləşdirməyə çağırıb.

Tehsil-press.az


Oxşar xəbərlər