AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova, AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin üzvləri və bölmənin elmi müəssisə və təşkilatlarının baş direktorları görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü münasibətilə I Fəxri xiyabanı ziyarət ediblər.
Əvvəlcə bölmə üzvləri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünyaşöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq Ulu Öndərin məzarı üzərinə gül dəstələri qoyub, xatirəsini yad ediblər.
Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsi anılıb, məzarı önünə əklil və gül dəstələri qoyulub.
Bölmə üzvləri görkəmli alim, akademik Cəlal Əliyevin də xatirəsini anıb, məzarı önünə gül dəstələri düzüblər.
Sonra akademik Zərifə Əliyevanın AMEA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutundakı xatirə guşəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Akademik İradə Hüseynova çıxış edərək akademik Zərifə xanım Əliyevanın elmi nailiyyətlərindən, onun peşəkar həkim, fəal ictimai xadim kimi fəaliyyətindən danışıb. O, Fiziologiya İnstitutunda görmə analizatorunun fiziologiyası və disfunksiyaları ilə bağlı tədqiqatların məhz Biologiya və Tibb Elmləri Bölməsinin üzvü olmuş akademik Zərifə Əliyevanın rəhbərliyi ilə başladıldığına diqqət çəkib. Bildirib ki, oftalmoloq-alim 1975-1985-ci illərdə AMEA-nın Fiziologiya İnstitutunda çalışıb. Zərifə xanım Əliyevanın təməlini qoyduğu elmi istiqamətlər hazırda da müvəffəqiyyətlə davam etdirilir.
Tehsil-press.az