Bakı Dövlət Universitetinin kollektivi və məzunları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

Bakı Dövlət Universitetinin kollektivi və məzunları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər Bakı Dövlət Universitetinin (BDU) kollektivi və məzunları bu ali məktəbin təsis olunmasının 100 illik yubileyi münasibətilə noyabrın 25-də Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini еhtiramla anıb, məzarı önünə əklil və gül dəstələri qоyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üstünə güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Tehsil-press.az

Oxşar xəbərlər