Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini anıb

Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Heydər Əliyevin xatirəsini anıb Diasporla İş üzrə Dövlət Komitəsinin kollektivi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar mayın 7-də Fəxri xiyabanda ulu öndərin məzarını ziyarət edib.
Müasir müstəqil dövlətimizin memarı və qurucusu Ümummilli Lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib, məzarı önünə əklil qoyulub.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi yad olunub, məzarı üzərinə gül dəstələri düzülüb.

Tehsil-press.az

Oxşar xəbərlər