Ermənistan polisi İrəvanda 125 etirazçını saxlayıb

Ermənistan polisi İrəvanda 125 etirazçını saxlayıb Ermənistan polisi bazar ertəsi səhər saatlarında müxalifətin elan etdiyi vətəndaş itaətsizliyi aksiyası çərçivəsində paytaxtın mərkəzi küçələrini bağlayan 125 nümayişçini saxlayıb.
İrəvan polisinin mətbuat xidmətinin məlumatına görə, aksiya iştirakçıları polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə saxlanılır.
Ötən axşam İrəvanın mərkəzindəki Fransa meydanında toplanan müxalifətçilər fasiləsiz etiraz aksiyası keçirmək üçün çadırlar quraşdırıb, zibil qutularından və küçə skamyalarından barrikadalar qurub. Ermənistan paytaxtının dörd əsas prospektini birləşdirən Fransa meydanı dairəsində avtomobillərin hərəkəti dayandırılıb.
Bir müddət öncə müxalifətin mitinqində çıxış edən Ermənistan parlamentinin vitse-spikeri və “Daşnaksutyun” partiyasının üzvü İşxan Saqetelyan baş nazir Nikol Paşinyanın istefası tələbi ilə fasiləsiz etiraz aksiyalarına başlandığını elan edib.

Tehsil-press.az


Oxşar xəbərlər