Müxalifət Paşinyanın hökumət binasına girişini bloklayacaq

Müxalifət Paşinyanın hökumət binasına girişini bloklayacaq Yerevanda Baş nazir Nikol Paşinyanın istefası tələbi ilə etiraz aksiyası keçirilir.
Aksiyaçılar paytaxtın mərkəzinə doğru irəliləyirlər. Polisin etirazçılara hər hansı müdaxilə etmədiyi bildirilir.
“Bizim Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün bir proqramımız var. Xalqımızla birgə onun gedişinə nail olacağıq. Biz konstitusiya yolu ilə gedirik”, - deyə “Daşnaksütyun”un təmsilçisi İşxan Saqatelyan bildirib.
Fevralın 20-də müxalifətin Baş nazir postuna namizədi Vazgen Manukyan etiraz aksiyasında müxalifəti “iqtidarı ildırım sürəti ilə almağa hazır olmağa” çağırmışdı. O, bunu “B” planı adlandırmışdı. Manukyanın sözlərinə görə, “A” planına isə hökumət başçısını istefa verməyə məcbur edən kütləvi etiraz aksiyalarının keçirilməsidir.
Xatırladaq ki, 2020-ci ilin noyabrında Qarabağda atəşkəslə bağlı sazişi imzalayan Nikol Paşinyanın istefası tələbi ilə Ermənistan müxalifəti mütəmadi olaraq aksiyalar keçirir.
***
Ermənistan müxalifəti Baş nazir Nikol Paşinyanın gəlişi ərəfəsində hökumət binalarından birini bloklamağa çalışacaq. Bunu "Vətənin qurtuluşu Hərəkatı"nın və “Daşnaksütyun”un nümayəndəsi İşxan Saqatelyan bildirib.
“Bizdə məlumat var ki, Paşinyan saat 11:30-da hökumət binasının 3-cü korpusuna gələcək. Müxalifətin vəzifəsi onun binaya girişinin qarşısını almaqdır. Satqının ölkədə sərbəst hərəkətinə imkan verilməməlidir. Sabah binanın bütün girişlərini bloklamalıyıq”.

Tehsil-press.az


Oxşar xəbərlər