Ermənistan parlamentinin qarşısında bu gün Ermənistan-Rusiya birgə hava hücumundan müdafiə sisteminin yaradılmasına qarşı etiraz aksiyası başlayıb.
Tehsil-press.az “Ermənistan xəbərləri” portalına istinadən xəbər verir ki, aksiyada onlarla şəxs iştirak edir. Onlar əllərində Rusiya ordusuna qarşı şüarlar tutaraq, hökuməti növbəti satqın razılaşmanı imzalamaqda günahlandırırlar.
Aksiya iştirakçılarından birinin sözlərinə görə, bu razılaşmanı imzalamaqla, Ermənistan nəinki Azərbaycana, bütün dünyaya müharibə elan edir. O bildirib ki, həmin saziş ermənilərin “gələcəyini ruslara satır”. Bu gün yerli vaxtla saat 12-də Ermənistan parlamentinin növbədənkənar sessiyasında yeni sistem üzrə saziş səsverməyə qoyulacaq.
Tehsil-press.az