Emin Əmrullayev: Bakı və Bakıətrafı qəsəbələrdə əsas problem şagird sıxlığı ilə bağlıdır

Emin Əmrullayev: Bakı və Bakıətrafı qəsəbələrdə əsas problem şagird sıxlığı ilə bağlıdır Bakı və Bakıətrafı qəsəbələrdə əsas problem məktəblərin təmiri deyil, şagird sıxlığı ilə əlaqədardır.
Bunu jurnalistlərə açıqlamasında təhsil naziri Emin Əmrullayev bildirib.
Nazir deyib: “Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr çərçivəsində Binə qəsəbəsində iki məktəbin tikintisi aparılır. Xırdalan şəhərində 2000 nəfərlik məktəbin inşası davam edir və daha bir məktəb binasının da layihələndirmə işlərinə başlanılıb. Bu il Binəqədi rayonu Masazır qəsəbəsində də yeni məktəbin istifadəyə verilməsi planlaşdırılıb. Hazırda Saray qəsəbəsində böyük bir məktəbin inşası bitmək üzrədir”.

Tehsil-press.az


Oxşar xəbərlər