Emin Əmrullayev: 7 həftə ərzində 164 ibtidai sinif şagirdi virusa yoluxub

Emin Əmrullayev: 7 həftə ərzində 164 ibtidai sinif şagirdi virusa yoluxub Gündəlik yoluxmalar qeydə alınır və tədqiqatı aparılır. Məktəbin daxilində kütləvi yoluxma varsa, təbii ki, məktəb distant təhsilə keçir. Əgər bu ayrı-ayrı hallardısa, o zaman sinifdə olan təmaslar nəzərə alınır və sinif distant təhsilə keçir.
Bu fikirləri təhsil naziri Emin Əmrullayev “Facebook” hesabı üzərindən canlı yayımda “Təhsilin keyfiyyətinə təsir edən amillər” mövzusunda sualları cavablandırarkən deyib.
Nazir vurğulayıb ki, fevralın 1-dən 7 həftə ərzində 164 ibtidai sinif şagirdi virusa yoluxub. Onlardan 282-si V-IX, 23-ü məktəbə hazırlıq qrupunda qeydə alınıb. İşçi heyətdən isə COVID-19-a 714 nəfər yoluxub.
Ümumilikdə 626 sinfin distant təhsilə keçdiyini deyən E.Əmrullayev qeyd edib ki, onlardan 233-ü həmin müddəti bitirib və tədris bərpa olunub, 393-ü hazırda distant formanı davam etdirir.
Nazir vurğulayıb ki, ümumilikdə 48 məktəb ümumi distant təhsilə keçib. 41-i hazırda yenə də distant formada işini davam etdirir, 7 məktəb isə yenidən ənənəvi təhsilə qayıdıb.

Tehsil-press.az


Oxşar xəbərlər