Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron qeydiyyat başa çatıb

Müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi üzrə elektron qeydiyyat başa çatıb Dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin elektron sənəd qəbulu mərhələsi başa çatıb.
Müsabiqədə iştirak etmək üçün ümumilikdə 6 min 407 nəfər qeydiyyatdan keçərək elektron ərizəsini təsdiqləyib. Namizədlərin elektron ərizəsi emal olunduqdan sonra onların şəxsi səhifəsinə müvafiq məlumat göndəriləcək.
Qeyd edək ki, növbəti mərhələdə müsabiqənin vakansiya seçimi mərhələsi həyata keçiriləcək. Yeni qaydalara uyğun olaraq, əvvəlcə vakant yer seçmək imkanı şəhid ailələrinin üzvlərinə veriləcək. Müsabiqənin vakansiya seçimi mərhələsinin keçiriləcəyi tarix barədə ictimaiyyət qısa müddət ərzində məlumatlandırılacaq.

Tehsil-press.az


Oxşar xəbərlər