Müəllimlərin daimiləşmə müsabiqəsində iştirak üçün 3 minə yaxın namizəd müraciət edib

Müəllimlərin daimiləşmə müsabiqəsində iştirak üçün 3 minə yaxın namizəd müraciət edib Müəllimlərin iş yerinin daimiləşdirilməsi üzrə müsabiqənin elektron qeydiyyat mərhələsi başa çatıb.
2021-2022-ci tədris ili üzrə müddətli müqavilə əsasında işə qəbul olunmuş namizədlərlə müddətsiz əmək müqaviləsinin bağlanılması məqsədilə həyata keçirilən müsabiqənin elektron sənəd qəbulu martın 1-dən 7-dək davam edib. Ümumilikdə 2 min 717 namizəd qeydiyyatdan keçərək elektron ərizəsini tamamlayıb və müsabiqədə iştirak üçün müraciət edib.
Elektron ərizələrdə qeyd olunan məlumatlar yoxlanıldıqdan sonra müsabiqədə iştirak etmək imkanı qazanmış namizədlərin şəxsi səhifəsinə müsahibə mərhələsinin keçiriləcəyi tarix, saat və məkan barədə məlumat göndəriləcək.
Qeyd edək ki, müsahibə mərhələsinin aprel ayı ərzində keçirilməsi nəzərdə tutulub və müsahibə mövzuları ilə bağlı məlumat tezliklə elan ediləcək.

Tehsil-press.az



Oxşar xəbərlər