Təhsil Nazirliyi: 1305 müəllim iş yerini dəyişib

Təhsil Nazirliyi: 1305 müəllim iş yerini dəyişib Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin nəticələri açıqlanıb.
Müsabiqədə iştirak etmək üçün 11 min 913 namizəd elektron qeydiyyatdan keçib, 6 min 462 namizəd elektron ərizəsini təsdiqləyib, 6 min 271 namizədin ərizəsi qəbul edilib. Elektron yerləşdirmə zamanı 1775 namizəd vakant yer tutub.
Elektron yerləşdirmə nəticəsində vakant yer tutan şəxslərin sənədlərinin düzgünlüyü yoxlanıldıqdan sonra 1305 müəllimin iş yerini dəyişməsinə razılıq verilib.

Tehsil-press.az

Oxşar xəbərlər