Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Dizayn məktəbinin müəllimi Aynur Rzayevanın Şuşa ilinə həsr edilən “Xəzinə” adlı rəsm sərgisinın açılışı olub.
Muzey Mərkəzində təşkil olunan sərginin açılışında UNEC rektoru, professor Ədalət Muradov, universitetin professor-müəllim heyəti, ölkənin tanınmış mədəniyyət və incəsənət xadimləri, ziyalılar və digər qonaqlar iştirak ediblər.
Rektor Ə.Muradov gənc müəllim A.Rzayevanın rəsm əsərlərinin daha öncə İqtisadi Forumda nümayiş olunduğunu bildirərək, həmin əsərlərin forumda iştirak edən Nobel mükafatı laureatı Aziz Sancarın xüsusi marağına səbəb olduğunu deyib. Müəllif tərəfindən “Şərq ulduzu” adlı əsərin alimə hədiyyə olunduğunu diqqətə çatdırıb. Rektor A.Rzayevanın yüksək pedaqoji keyfiyyətlərindən söz açaraq, onu təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Sərgidə iştirak edən tanınmış incəsənət xadimləri rəssamın yaradıcılığından, yaratdığı əsərlərin unikallığından söz açıb, natürmort janrına bu cür fərqli yanaşmanın yeni olduğunu bildiriblər. Xalça mövzusunun silsilə əsərlərin kompozisiyasının dominantına çevrilməsi faktına ilk olaraq A.Rzayevanın yaradıcılığında rast gəlindiyini deyiblər.
“Xəzinə” adlı fərdi rəsm sərgisində xalqımızın milli mədəniyyətinin bir parçası olan məşhur xalçalara müraciət edilib. Müəllifin ikisi Şuşa xalçası olmaqla, Şirvan, Quba, Şəki, Bakı, Şabran, Naxçıvan, Qazax, Gəncə xalçaları və natürmort janrını əks etdirən 30 əl işi nümayiş olunub.
Tehsil-press.az