Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Memarlıq fakültəsinin tələbəsi Dəniz Baxışzadənin fərdi yaradıcılıq sərgisi açılıb.
Sərginin açılışında Memarlıq fakültəsinin dekanı, Əməkdar memar Zahidə Məmmədova, professor-müəllim heyəti, tələbələr iştirak ediblər.
Tədbirdə çıxış edənlər gənc rəssamın əl işlərini yüksək qiymətləndirib, ona yeni yaradıcılıq uğurları arzulayıblar.
“Rəngli palitram” adlı sərgi sənətsevərlər tərəfindən maraqla qarşılanıb. İstedadlı memarın “Xocalı soyqırımı”, “Cəbrayıl-Xan çinar”, “Əlibəyovların evi”, “Azneft meydanı 60-cı illərdə” və digər tabloları qonaqlarda xoş təəssürat yaradıb. Nümayiş olunan əsərlər sırasında mənzərə, natürmort, kompozisiya, portret janrı yer alıb.
Sərgi noyabrın 12-dək davam edəcək.

AzMİU-nun Mətbuat Xidməti