Bakı Dövlət Universitetində (BDU) Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunan “Xocalını unutmadıq” adlı rəsm sərgisi açılıb.
Sərgidə BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyinin üzvü olan 10-dan çox tələbənin Xocalı soyqırımının dəhşətlərini əks etdirən əl işləri nümayiş olunur.
Rəsm əsərləri soyqırımına məruz qalmış insanların yaşantılarını, psixoloji vəziyyətini, erməni təcavüzkarlarının törətdikləri cinayətlərin dəhşətlərini ekspressionist üslubda, sənətin dili ilə göstərmək məqsədi daşıyır.
Sərginin açılışından sonra tanınmış şair Nurəngiz Günün “Xocalı simfoniyası” poeması əsasında çəkilmiş televiziya filmi nümayiş etdirilib.
Tehsil-press.az