Avstraliyada beynəlxalq turizm sərgisi keçirilir

Avstraliyada beynəlxalq turizm sərgisi keçirilir Avstraliyanın Sidney şəhərində həm yerli, həm də beynəlxalq turizm agentlərinin qatıldığı böyük turizm sərgisi keçirilir.
Bu iki illik fasilədən sonra ölkədə təşkil edilən ilk ən böyük turizm sərgisidir.
Qeyd edək ki, cari ilin fevralında ölkə tam peyvənd olunmuş əcnəbi turistlər üçün sərhədləri açıq elan edib. Sərgidə Avstraliyanın turizm operatorları və mehmanxanaları ilə yanaşı dünyanın müxtəlif ölkələrindən turizm agentləri həm əyani, həm də onlayn şəkildə iştirak edirlər.
Sərgi Avstraliyanın Turizm Nazirliyi tərəfindən təşkil olunub. Tədbirin icraçı direktoru Endrü Hoqq bildirib ki, sərgiyə göstərilən böyük maraq insanların səyahət üçün darıxdığını və təhlükəsizliklərinə zəmanət verildiyi halda səfərə hazır olduqlarını təsdiq edir.

Tehsil-press.az


Oxşar xəbərlər