Bakı Dövlət Universitetinin (BDU) Coğrafiya fakültəsində “Açıq hava turizm fəaliyyətində beynəlxalq təcrübənin öyrənilməsi” mövzusunda elmi seminar keçirilib.
Seminarda Xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və turizm kafedrasının doktorantı Kərim Hüseynzadə məruzə ilə çıxış edib.
Məruzəçi mövzunun aktuallığını, açıq hava turizm növlərinin xüsusiyyətlərini, əhəmiyyətini qeyd edərək, bu sahədə tələbin qiymətləndirilməsi, koronavirusun beynəlxalq turizm bazarına təsiri, həmçinin müxtəlif statistik mənbələrdən əldə edilən məlumat və qrafiklərin nəticələri haqqında məlumat verib. O, Azərbaycanda açıq hava turizm fəaliyyətlərinin inkişaf üsullarının müəyyənləşdirilməsi, onların elmi-nəzəri və praktiki əhəmiyyəti haqqında təkliflər irəli sürüb.
Kərim Hüseynzadə 2019-cu ildə BDU-nun Coğrafiya fakültəsinin turizm və hotelçilik ixtisası üzrə magistratura pilləsini bitirib. O, “Mövlanə mübadilə proqramı” çərçivəsində Türkiyənin Ali Təhsil Nazirliyinin tam təqaüdünə layiq görülərək Kastamonu Universitetinin turizm və hotel menecmenti magistr proqramında təhsil alıb. Hazırda doktorantura təhsili alır və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin həyata keçirdiyi layihə çərçivəsində Antalya şəhərinin Alanya turizm bölgəsində elmi-praktik fəaliyyətlə məşğul olur.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Tehsil-press.az