Dünya turizmi 90-cı ildəki səviyyəyə düşüb

Dünya turizmi 90-cı ildəki səviyyəyə düşüb Turizm sənayesi 2020-ci ilin ilk 10 ayında pandemiya və məhdudiyyətlər səbəbindən 935 milyard dollar itirib.
Bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatının məlumatında deyilir.
“Yanvar-oktyabr aylarında turizm istiqamətləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 900 milyon az xarici turist qəbul edib”, - deyə təşkilatın məlumatında qeyd olunur.
Bu isə o deməkdir ki, turizm 1990-cı ildəki səviyyəyə qayıdıb. Proqnozlara görə, beynəlxalq səyahətçilərin sayı il sonuna qədər 70-75% azalacaq.
Ötən il turistlərin sayı 1,5 milyard nəfər təşkil edib.

Tehsil-press.az

Oxşar xəbərlər