Şimali Koreyada daha 232 min insanda qızdırma halı aşkarlanıb

Şimali Koreyada daha 232 min insanda qızdırma halı aşkarlanıb Şimali Koreyada son sutka ərzində 232 mindən çox insan ölkənin "qızdırma" adlandırdığı xəstəliklə xəstələnib, 6 nəfər infeksiyanın nəticələrindən dünyasını dəyişib.
"Şimali Koreya ölkə daxilində qızdırma əlamətləri olan 232,000-dən çox insanın və daha 6 nəfərin öldüyünü, ümumi ölüm sayının 62-yə çatdığını bildirib," - deyə qeyd olunub.
Ümumilikdə, Pxenyanın "qızdırma" adlandırdığı xəstəlik artıq KXDR-də 1,72 milyon insanda aşkarlanıb. Eyni zamanda, 1,02 milyondan çox insan tam sağalıb, 691 minə yaxınının müalicəsi davam etdirilir.

Tehsil-press.az


Oxşar xəbərlər