ABŞ-da yeni növ koronavirusun yaratdığı xəstəlik səbəbi ilə gündəlik ölüm halları artmaqdadır.
Mütəxəssislərin hesablamalarına görə, ötən gün ABŞ ərazisində koronavirus səbəbindən 1 293 nəfər ölüb. “CNN” qeyd edir ki, bu, 19 avqustdan indiyədək gündəlik ölümün ən yüksək göstəricisidir.
ABŞ-da koronavirusa yoluxma gündəlik orta hesabla ötən həftə ilə müqayisədə 5% artıb və 38 037 hal təşkil edir.
Con Hopkins Universitetinin məlumatına görə, ABŞ-da ümumilikdə 6,62 milyondan çox insanda koronavirus aşkarlanıb, 196,4 mindən çox insan bu virusdan ölüb.
Tehsil-press.az